Elnarə Abdullayeva: “Məndən müəllim olmaz” - VİDEO

"Məndən müəllim olmaz, çünki ona boş zaman lazımdır, uşaqlarla məşğul olmalısan". 

Olaylar.az bizim.media-ya istinadən bildirir ki, bu sözləri Əməkdar artist Elnarə Abdullayeva qonaq olduğu "Həmin Zaur" axşam şousunda deyib. 

Heç bir tədris ocağında dərs demədiyini bildirən sənətçi başa salmaq metodunun qəribə olduğunu söyləyib: 

"Bir il musiqi məktəbində dərs demişəm. Uşaqlarım ikinci sinifin proqramını bilirdilər. Başqasının 4 il əziyyət çəkib öyrətdiklərini bir ilə öyrədərəm".

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31