Abşeronun 2 qəsəbəsinə içməli suyun verilməsində fasilə yaranıb

Abşeron rayonunun Digah və Mehdiabad qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranıb. 

"OLAYLAR"-a  "Azərsu" ASC-dən bildirilib ki, buna səbəb magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar təmir işlərinin aparılmasıdır. Hazırda qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür. 

Narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31