Daha bir yenidoğulmuş uşağın meyiti küçədə tapıldı
30 Yanvar 2023 10:31 SosialYanvarın 29-da Goranboyda yenidoğulmuş uşağın meyiti tapılıb.
Olaylar.az "Qafqazinfo"ya istinadən bildirir ki, meyit saat 16 radələrində Goranboy şəhəri, Aşıq Hüseyn Cavad küçəsində, 35Kv-lıq Goranboy yarımstansiyasının yaxınlığında tapılıb.
Qız uşağının meyiti sellofana bükülmüş vəziyyətdə tapılıb. Onun öldükdən sonra sellofana bükülüb oraya atılması və ya sonradan ölməsi hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, yanvarın 18-də Abşeron rayonu Masazır qəsəbəsində də küçədə yenidoğulmuş körpənin meyiti tapılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31