Şəhid Orxan Əsgərovla vida mərasimi keçirilir - VİDEO

Azərbaycanın İrandakı səfirliyinə terror hücumu nəticəsində şəhid olan Orxan Əsgərovla vida mərasimi keçirilir.

Olaylar.az xəbər verir ki, vida mərasimi Orxan Əsgərovun evində keçirilir.

Mərasimdə şəhidin yaxınları, həmkarları iştirak edir.

Şəhid olan Orxan Əsgərov II Şəhidlər xiyabanında dəfn olunacaq.

Dəfn mərasimi saat 12:00-da baş tutacaq.

Qeyd edək ki, yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Terror aktı nəticəsində səfirliyin mühafizəsini təşkil edən Orxan Əsgərov şəhid olub, mühafizə xidmətinin iki əməkdaşı xəsarət alıb.

Ötən gün Orxan Əsgərovun nəşi və səfirlik əməkdaşları Bakıya təxliyə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31