Orxan Əsgərovun nəşi Təzə Pir məscidinə gətirilib
29 Yanvar 2023 23:56 SosialŞəhid baş leytenant Orxan Əsgərovun cənazəsi Təzə Pir məscidinə gətirilib.
Olaylar.az trend-ə istinadən xəbər verir ki, Orxan Əsgərov sabah ll Şəhidlər Xiyabanında dəfn olunacaq.
Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31