Azərbaycanın İrandakı səfirliyindən 53 nəfər təxliyyə olunub - FOTO (ƏLAVƏ OLUNUB)

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinin heyəti və onların ailə üzvləri Bakıya təxliyə edilib.

Olaylar.az trend-ə istinadən xəbər verir ki, səfirliyin heyəti və onların ailə üzvləri xüsusi reyslə Tehrandan Bakıya gətirilib. Artıq təyyarə Heydər Əliyev Hava Limanına eniş edib.

Ümumilikdə 53 nəfər Tehrandan Bakıya təxliyyə olunub.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31