Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarını gətirən təyyarə havaya qalxıb

Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları Bakıya gətirilir.

Olaylar.az xəbər verir ki, şəhid Orxan Əsgərovun cənazəsi də ölkəyə gətirilir. Artıq Tehrandan Bakıya uçan təyyarə havaya qalxıb.

Yaxın saatlarda təyyarənin Heydər Əliyev Hava Limanına enməsi gözlənilir.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31