Bu hücum Bakıya gözdağıdır? - Abdullah Ağar
27 Yanvar 2023 11:48 SosialAzərbaycanın Tehrandakı səfirliyinə hücum olub, şəhid və yaralılar var. Bu hücum Azərbaycana yeni bir gözdağı cəhdidirmi? Sözügedən hücum İranla Azərbaycan arasında gərginliyi daha da artıracaq intriqadırmı?
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri İrandakı səfirliyimizə edilən hücumla bağlı Türkiyənin terror və təhlükəsizlik üzrə eksperti Abdullah Ağar qeyd edib.
"Hər şey bir yana, İran Azərbaycan diplomatik missiyasının qorunmasına məsuliyyət daşıyır. Bu, onun namus məsələsidir", - o bildirib.
Qeyd edək ki. bu gün saat 8:30-da Azərbaycanın İrandakı səfirliyinə terror hücumu edilib. Hücum nəticəsində səfirliyimizin təhlükəsizlik xidmətinin rəhbəri Orxan Əsgərov şəhid olub, iki nəfər isə yaralanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31