Mənəvi Dəyərlərin Təbliği Fondu fəaliyyət planını müzakirə edib - ÖZƏL
27 Yanvar 2023 10:24 SosialMənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilik Şurasının 2023-cü ilin fəaliyyət planı və qarşıda duran vəzifələrə həsr edilmiş iclası keçirilib. Fonddan "Olaylar-a bildirilib ki, iclasda Fondun Himayəçilik Şurasının üzvləri - Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Məlahət İbrahimqızı, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, "SƏS" Media Qrupunun rəhbəri Bəhruz Quliyev, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov və Fondun əməkdaşları iştirak edib. İclasda icraçı direktor Mehman İsmayılov məruzə ilə çıxış edərək qarşıda duran vəzifələr haqqında məlumat verib, 2023-cü il üçün nəzərdə tutulmuş illik fəaliyyət planı, xərclər smetası və həyata keçirilməsi nəzərdə tutlan tədbirlər barədə geniş fikir mübadiləsi aparılıb.