Üçtərəfli bəyanatdan sonra minadan ölənlərin sayı açıqlanıb
27 Yanvar 2023 11:13 Sosial10 noyabr 2020-ci il tarixində Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli bəyanatdan sonra indiyədək mina və hərbi sursat partlayışları nəticəsində 46 nəfər həlak olub.
Bunu Baş Prokuror Kamran Əliyev Baş Prokurorluqda 2022-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclasında deyib.
Qeyd olunub ki, mina və hərbi sursat partlayışları nəticəsində 233 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31