FHN metroda təlim keçirəcək
26 Yanvar 2023 21:31 SosialBu gün gecə saat 01:00 radələrində Fövqəladə Hallar Nazirliyi ilə "Bakı Metropoliteni" QSC metronun "28 May" stansiyasında "Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı fəaliyyətin təşkili" mövzusunda birgə taktiki təlim keçirəcək.
Olaylar.az bildirir ki, bu barədə FHN-dən məlumat verilib.
Bildirilib ki, təlimə FHN-in xüsusi təyinatlı texnikaları və şəxsi heyətinin cəlb olunması nəzərdə tutulur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31