Kolleclərə ixtisas seçimi bu gün başa çatır
17 Avqust 2022 10:46 SosialÜmumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi bu gün saat 23:59-dək davam edəcək. Dövlət İmtahan Mərkəzindən "Olaylar"a bildirilib ki, ixtisas seçiminə qəbul (buraxılış) imtahanında ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.
Avqustun 17-si saat 09:45-ə olan məlumata əsasən, 14 min 853 nəfər (Azərbaycan bölməsi -14 min 492; rus bölməsi - 361) ixtisas seçimi edib. Müsabiqəyə qeyd olunan vaxtadək ixtisas seçimi edib ərizəsini təsdiq etmiş abituriyentlər buraxılacaqlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31