NƏQLİYYAT VASİTƏSİNDƏ SPİRTLİ İÇKİLƏR AŞKAR EDİLİB - FOTO

Nəqliyyat vasitəsində spirtli içkilər aşkar edilib

Olaylar.az bildirir ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan, həmin ölkə vətəndaşının idarə etdiyi "DAF" markalı yük nəqliyyat vasitəsi saxlanılıb.

Gömrük baxışı zamanı avtomobilin yük yerində olan soyuducu ilə dəmir örtüyün arasında gömrük nəzarətindən gizlədilən 0,7 litrlik qablaşdırmada 50 ədəd "Beluga Transatlantic" markalı spirtli içki aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31