Kartlarından pul çıxılıb, amma bilet ala bilməyiblər - "iTicket.az" saytı niyə çöküb? - VİDEO

UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda keçiriləcək "Qarabağ" - "Viktoriya" (Çex Respublikası) matçını stadionda izləmək istəyən azarkeşlər bilet almaq istəyərkən problemlə üzləşiblər.

Dünən minlərlə azarkeşin "iTicket.az" saytından bilet almaq cəhdləri uğursuz olub.

Üstəlik, ötən gün bəzi azarkeşlərin kartlarından biletin qarşılığında pul çıxılsa da, onlar bilet ala bilməyiblər.

Məsələ ilə bağlı chr("39")chr("39")iTicketchr("39")chr("39") şirkətinin direktoru Kamran Abasov chr("39")chr("39")Xəzər Xəbərchr("39")chr("39")ə bildirib ki, lazımi hazırlıq tədbirləri görülsə də, oyuna maraq həddindən artıq olduğundan saytın serverləri çöküb və bir neçə saatlıq onlayn satış dayandırılıb. Buna baxmayaraq satış nöqtələrində fiziki bilet satışları davam edib.

 
Kamran Abasov əlavə edib ki, kartından pul çıxılan, amma bilet ala bilməyənlərin vəsaitləri 1 gün ərzində geri qaytarılacaq.

O qeyd edib ki, qaydalara əsasən, bir şəxsiyyət vəsiqəsi ilə maksimum 3 bilet almaq mümkündür. Ancaq hazırda chr("39")chr("39")qara bazarchr("39")chr("39") şübhələrinin tam aradan qaldırılması istiqamətində işlər aparılır və chr("39")chr("39")Qarabağchr("39")chr("39")ın növbəti oyunlarında chr("39")chr("39")Bir bilet, bir şəxsiyyət vəsiqəsichr("39")chr("39") prinsipi yenidən tətbiq ediləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31