Gəncənin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq
16 Avqust 2022 15:23 SosialGəncə şəhərinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranacaq.
Bu barədə "OLAYLAR"-a "Azərsu" ASC-dən bildirilib.
Məlumata görə, buna səbəb magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar işlərin görülməsidir.
Hazırda "Azərsu" ASC-nin briqadası və texnikası qəza yerində işləyir: "Qəza aradan qaldırıldıqdan sonra suyun verilişi bərpa olunacaq
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31