Metronun bu stansiyası gücləndirilmiş rejimdə işləyəcək
16 Avqust 2022 13:57 SosialBakı metrosunun "Gənclik" stansiyasında gücləndirilmiş iş rejimi tətbiq olunacaq.
Bu barədə "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti məlumat yayıb.
"Qarabağ FK UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçirəcəyi beynəlxalq oyunla əlaqədar Bakı metropoliteninin "Gənclik" stansiyası avqust ayının 17-si matçın başlanma vaxtı ərəfəsindən gücləndirilmiş iş rejiminə keçiriləcək", - məlumatda deyilir.
Qeyd edək kiu, avqustun 17-də UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Viktoriya" (Çexiya) oyunu keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31