Yay başlayandan Bakıda neçə nəfəri gün vurub? - AÇIQLAMA
16 Avqust 2022 11:10 SosialYay mövsümü başlayandan günvurma ilə bağlı olaraq TƏBİB-in tabeliyində olan Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 54 nəfər müraciət edib.
TƏBİB-dənverilən xəbərə görə, onlardan 27 nəfəri hospitalizasiya edilib, 27 nəfərə yerində yardım göstərilib.
Müraciət edənlərdən 40-ı böyük, 14-ü uşaq olub. Hospitalizasiya edilənlərdən isə 20 nəfəri böyük, 7-si uşaq olub.
sfera.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31