Bakıda polislər qəzaya düşdülər - FOTO
26 May 2022 10:14 SosialBakının Nəsimi rayonunda yol qəzası baş verib.
Hadisə Səməd Vurğun küçəsi ilə Süleyman Rəhimov küçələrinin kəsişməsində qeydə alınıb.
Belə ki, "Mercedes-Benz" markalı avtomobilin sürücüsü yüksək sürətlə dördyol ayırıcına daxil olub.
Bu zaman Nəsimi Rayon Polis İdarəsinə məxsus post patrul xidmətinin əməkdaşının idarə etdiyi "Fiat" markalı avtomobil ona çırpılıb.
Qəza zamanı iki polis əməkdaşı və "Mercedes-Benz"in sürücüsü ağır bədən xəsarətləri alıblar.
Hadisə yerinə Yol Patrul Xidmətinin və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb ediliblər.
APA
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31