Bakı metrosunda nasazlıq - YENİLƏNDİ
25 May 2022 19:43 SosialBakı metrosunda qatar gecikib.
Bu barədə məlumat sosial şəbəkədə paylaşılıb.
Təxminən 6 dəqiqəyə yaxındır ki, "Dərnəgül"- "Həzi aslanov" mənzili istiqamətində metrosunun "20 Yanvar" və "Dərnəgül" stansiyalarında qatarların dayandığı qeyd edilir.
İlkin məlumata görə, gecikmə qatarlardan birində baş verən nasazlıq səbəbindən baş verib.
Olaylar.az bildirir ki, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib ki, Bakı metrosunun "Dərnəgül" stansiyasında qatarda texniki nasazlıq yaranıb:
"Köməkçi qatar verilib və qatar ehtiyat yola keçirilir.
Digər marşrutlar üzrə qatarlar "Memar Əcəmi" və "Azadlıq prospekti" stansiyalarından dönmə edərək, sərnişindaşıma prosesini davam etdirirlər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31