"Azəriqaz" Cəlilabad sakinlərinin problemlərini dinləyəcək
25 May 2022 15:49 Sosial"Azəriqaz" İstehsalat Birliyinin "Açıq mikrofon" aksiyası davam edir.
"OLAYLAR"-a stehsalat Birliyindən daxil olan xəbərə görə, bu dəfə "Səyyar qəbul otağ"ı Cəlilabad rayonu, Göytəpə şəhəri, Yeni məhəllə (N saylı hərbi hissənin yaxınlığı) təşkil olunacaq. Mayın 26-da saat 13:00-dan 14:00-a qədər sakinlərin problem və təklifləri fərdi olaraq dinləniləcək. Vətəndaşlar "Açıq mikrofon" aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31