Səkkiz yaşlı qız darvazanın altında qalaraq öldü
25 May 2022 13:39 SosialQusarda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
Hadisə ötən gün rayonun Samur qəsəbəsində baş verib.
Belə ki, qəsəbə sakini həyətindəki fərdi təsərrüfata traktorla ot gətirərkən preslərdən biri qoşqudan düşərək həyətin girişindəki darvazanı aşırıb. Aşan darvaza orada dayanmış 2014-cü il təvəllüdlü qızın üstünə düşüb.
Traktor hərəkət edərək həyətə daxil olduqdan bir neçə dəqiqə sonra 8 yaşlı uşağın yaxınları onu tapa bilməyib. Az sonra qızın aşan darvazanın altında qalaraq öldüyü məlum olub.
Faktla bağlı araşdırma aparılır.
qafqazinfo
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31