Hakimlərin cəzalandırılma mexanizmi olmalıdır

Azərbaycanda hakimlərin cəzalandırılma mexanizmi olmalıdır. Olaylar ı n məlumatına görə, bunu hüquq müdafiəçisi Çingiz Qənizadə deyib. O bildirib ki, məhkəmə hakimləri öz üzərinə düşən vəzifələri yerinə yetirməyi gecikdirirlər: "Düşünürəm ki, bu kimi məsələlərdə, hakim vəkil münasibətlərinin qaydasında olmasını təkmilləşdirmək üçün hakimlərin cəzalandırılma mexanizmi olmalıdır. Bu neqativ halların qarşısını almağa kömək edəcək. Çünki bu gün hələ də müəyyən neqativ hallar var. Düşünürəm ki, bu problemlərin həlli üçün sizin fəaliyyətiniz öz müsbət nəticəsini verəcək"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31