Vəkillər arasında olan hansısa problemin ictimailəşməsi düzgün deyil - Anar Bağırov
25 May 2022 11:47 SosialVəkillər arasında olan problemlər ictimai müzakirəyə çıxarılmalı deyil.
Olaylar- ın məlumatına görə, bunu Vəkillər Kollegiyasının İdarə Heyətinin sədri Anar Bağırov "CCBE"ə üzvlüyə qəbulla bağlı mətbuat konfransı zamanı deyib.
O bildirib ki, problem varsa, bunu vəkillər öz aralarında həll etməlidirlər: "Vəkillər bəzən biribirinin fəaliyyətini ictimai şəkildə müzakirəyə çıxarır. İctimai müzakirəyə çıxarmasınlar. İctimailəşdirəndə vəkil hörmətdən düşür. Hər kəsin şərəf və ləyaqəti var. Vəkillərin nüfuzu vəkillərdən asılıdır. Biz öz nüfuzumuzu qorumasaq, heç kim bizə dəstək verməyəcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31