Vəkillik fəaliyyətinin gücləndirilməsi vacibdir

Azərbaycanda vəkillərin elektron məktub göndərə bilməməsi vaxt itkisinə səbəb olur.  Olaylar- ın məlumatına görə, bunu Vəkillər Kollegiyasının İdarə Heyətinin sədri Anar Bağırov bu gün keçirilən "CCBE"-ə üzvlüyə qəbulla bağlı ictimai təqdimat zamanı deyib.

O bildirib ki, problemin aradan qaldırılması üçün ciddi vəsait tələb edilir: "Bu gün vəkillər elektron məktub göndərə bilmirlər. Bu bizim üçün çox böyük vaxt itkisidir. Çünki məktub yazıb verirlər poçta, prosedur qaydası da vaxt alır.
Biz öz üzərimizə düşən vəzifələri yerinə yetiririk. Lakin bizim fəaliyyətimizə dövlət qurumları da , cəmiyyət də dəstək olmalıdır. Vəkilliyin gücləndirilməsi birinci növbədə dövlətə lazımdır. Elektron məktub göndərilməsi bizim vaxt qazanamağımız deməkdir. Bununla bağlı mən şəxsən bir sıra aidiyyəti qurumlarla danışıqlar aparıram. Lakin bu tək bizim səlahiyyətlərimiz çərçivəsində deyil"

A  Bağırov bildirib ki, rayonlarda vəkillərin fəaliyyətinin yaxşılaşdırılması, sayının artırılması üçün tədbirlər görülməlidir.
"Çünki regionlarda vətəndaşa keyfiyyətsiz hüquqi yardım göstəriləndə vətəndaş dövlətdən şikayət etməyə başlayır. Bu kimi halların qarşısının alınması üçün biz mütəmadi problemləri müzakirə edirik, həll yollarını axtarırıq. Elə vətəndaşlar olub ki məni şəxsən görəndə yaxınlaşıb öz problemlərini deyiblər. Hansı ki başqa məmurlara, şəxslərə yaxınlaşıb etibar edib söz deyə bilməyiblər. Mən də bu etimadı doğrultmaq üçün çalışmışam ki, o vətəndaşların problemlərini həll edim. Azərbaycan vəkilliyinə böyüklüyü, ədalətlilik bundan ibarətdir", -A.Bağırov qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31