Azərbaycanda sərnişin mikroavtobusu qəzaya düşdü: Çox sayda yaralı var
25 May 2022 10:30 SosialBakı-Qazax magistral yolunun Yevlax rayon ərazisindən keçən hissəsində mikroavtobus qəzaya düşüb, ilkin məlumata görə, qəza nəticəsində 10-dan çox xəsarət alan var.
Goranboy rayonundan Bakı şəhərinə hərəkət edən "Ford" markalı mikroavtobus Yevlax rayon ərazisində traktorla toqquşub.
Hadisə zamanı Goranboy rayon sakinləri: 1981-ci il təvəllüdlü Zaur Kərimov, Qəşəm Məmmədov (1965-ci il), Abbas Abbasov (1984-cü il), Süsən Rzayeva (1979-cu il), Yeganə Daşdəmirova (1970-ci il), Ayxan Rzazadə (2000-ci il), Bəylər Rzayev (2004-cü il), Aynurə Quliyeva (1986-cı il) və daha bir neçə nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya çatdırılıb, onların vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31