Həcc zaiyarətinin qiyməti açıqlandı - Sabahdan sənəd qəbuluna başlanılır
24 May 2022 15:23 SosialAzərbaycandan Həcc ziyarəti üçün sənəd qəbuluna sabahdan başlanılır.
Olaylar.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri bildirib. O qeyd edib ki, Həcc ziyarətinin iyunun 24-dən iyulun 20-nə qədər olan müddətdə həyata keçirilməsi gözlənilir.
Qeyd edilib ki, bu il Azərbaycana 680 nəfərlik kvota verilib.
Həcc ziyarətinin qiyməti təqribən 9100 manat təşkil edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31