Azərbaycanda polis özünü güllələyərək öldürüb
13 May 2022 14:43 SosialAzərbaycanda polis əməkdaşı ehtiyatsızlıqdan açılan atəş nəticəsində ölüb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, mayın 13-də Füzuli Rayon Polis Şöbəsinin əməkdaşı İ.Qasımov yaşadığı Horadiz qəsəbəsindəki evdə ona təhkim olunmuş xidməti silahla ehtiyatsız davranması nəticəsində açılan atəşdən ölüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırmalar aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31