Onkoloji və dağınıq skleroz xəstələri də pensiya ala niləcəklər

"Onkoloji yardım haqqında" və "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. "Olaylar"ın məlumatına görə, qanun layihəsi onkoloji xəstələrin, eləcə də dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sosial müavinət və (və ya) əmək pensiyası almaq hüququnu müəyyənləşdirir. Layihə "Əmək pensiyaları haqqında" və "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" qanun layihələrinə uyğunlaşdırma xarakteri daşıyır və xəstəlikdən əziyyət çəkən şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir. Dəyişikliklər səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31