Ölmüş dölü bağ evinin həyətinə atan qadın saxlanıldı
13 May 2022 12:50 SosialBakının Buzovna qəsəbəsində ölmüş dölü bağ evlərindən birinin həyətinə atıb uzaqlaşan qadın saxlanılıb.
Bu barədə "Qafqazinfo"nun sorğusuna Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən cavab olaraq bildirilib.
Qeyd edilib ki, polis əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində dölü A.Hüseynova məxsus həyətə atmaqda şübhəli bilinən 1983-cü il təvəllüdlü N.Həsənova müəyyən edilib. Axtarış tədbirləri nəticəsində o, saxlanılıb.
Araşdırmalar davam etdirilir.
Xatırladaq ki, 24-25 həftəlik döl A.Hüseynova məxsus həyətdə ölmüş halda tapılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31