Xocasən sakinlərinə ŞAD XƏBƏR: metro stansiyası bu tarixdə istifadəyə verilə bilər
13 May 2022 12:19 SosialBu ilin sonuna kimi Xocasəndə inşa olunan qatar deposu və metro stansiyası istifadəyə verilə bilər.
Olaylar.az bildirir ki, bunu "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Hidayət Məmmədov deyib.
O bildirib ki, hazırda stansiyada tikinti işləri davam etdirilir.:
"Aparılan tikinti-quraşdırma işlərinin ilin sonuna qədər başa çatacağı və bu ilin sonuna qədər qatar deposu və yerüstü stansiyanın istifadəyə verilməsi gözlənilir", - H.Məmmədov bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31