«Azəriqaz» yanında İctimai Şura üzvləri Ağsuya gedəcək

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi yanında İctimai Şuranın üzvləri mayın 18-də Ağsu Regional Qaz İstismarı İdarəsinə monitorinq səfəri edəcək, istehlakçılarlagörüşəcəklər.

"OLAYLAR" bu barədə "Azəriqaz"a istinadən xəbər verir.

Məlumata görə, Ağsu, Göyçay, Şamaxı, İsmayıllı, Kürdəmir, Qobustan və Ucar rayonlarından olan istehlakçılar görüşdə iştirak etmək, problemlərini demək üçün saat 11:00-da Ağsu rayonunun Qaraqaşlı kəndində yerləşən Ağsu Regional Qaz İstismarı İdarəsinin inzibati binasına yaxınlaşa bilərlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31