Neftçilər prospektində nəqliyyatın hərəkəti dayandırılacaq - Bakı Şəhər Halqası Əməliyyat Şirkəti
12 May 2022 22:11 Sosial2022-ci il Formula 1 yarışlarına hazırlıq çərçivəsində Muzey Mərkəzi yaxınlığında, trekin ərazisinə daxil olan hissədə aparılan təmir işləri ilə bağlı bu gecə saat 00:00-dan etibarən Neftçilər prospektində nəqliyyatın hərəkəti dayandırılacaq.
Olaylar.az bildirir ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən verilən məlumata görə, bununla əlaqədar hərəkət iştirakçılarından Azneft dairəsindən alternativ yollardan istifadə etmələrini xahiş olunur.
Əməliyyat Şirkəti şəhər sakinlərinə anlayışlarına görə təşəkkür edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31