Orxan Fikrətoğlu Milli Kulinariya Mərkəzinin baş direktoru təyin olunub

Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov vəzifəsindən azad edilib.

Bu vəzifəyə tanınmış teleaparıcı Orxan Fikrətoğlu təyin edilib.

Olaylar.az bildirir ki, xəbəri Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Gülnar Mustafayeva təsdiq edib.

O bildirilib ki, aprel ayının 11-dən Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru vəzifəsinə Orxan Fikrət oğlu Sadıqov təyin olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31