Təhsilin İnkişafı Fonduna sədr təyin olundu
12 May 2022 15:36 SosialTəhsil nazirinin müşaviri Elnur Nəsibov yeni vəzifəyə təyin olunub.
Olaylar.az xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, E.Nəsibov Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu İdarə Heyətinin sədri təyin edilib.
Qeyd edək ki, Prezident İlham Əliyev 2021-ci il iyulun 14-də "Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun yaradılması haqqında" Fərman imzalayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31