Operativ Qərargaha müraciət edildi
AFFA Azərbaycan Premyer Liqasının oyunlarına azarkeşlərin buraxılması üçün Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət edib
30 İyul 2021 18:45 SosialAFFA Azərbaycan Premyer Liqasının oyunlarına azarkeşlərin buraxılması üçün Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət edib.
Bu barədə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünün püşkatma mərasimində deyib.
O bildirib ki, çempionatın startına 1 həftə qalmışadək cavab bəlli olacaq. "Yoluxma sayı artmasa, düşünürəm ki, razılıq verilər", - deyə R.Musayev əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31