Şuşada 25 min nəfər yaşayacaq - 2040-cı ilə qədər
30 İyul 2021 16:01 Sosial"2040-cı ilə qədər Şuşanın əhalisinin sayının 25 min nəfərə çatdırılması nəzərdə tutulur".
Olaylar.az xəbər verir ki, bu barədə şəhərin ərazi planlaşdırılma layihələrinin təqdimatında bildirilib.
Qeyd olunub ki, Şuşada mənzil fondunun 750 000 kvadratmetr olması planlaşdırılır. Məktəbəqədər təhsil müəssisələri 2 250 nəfərlik, ümumi və orta təhsil müəssisələri üçün 4 500 nəfərlik, poliklinika 750 nəfərlik, xəstəxana isə 86 nəfərlik olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31