Siyavuş Novruzovdan Türkiyəyə dəstək
“Qardaş Türkiyə Cümhuriyyətinin müxtəlif bölgələrində güclü meşə yanğınlarının baş verməsi dərin kədər hissi yaradır.
30 İyul 2021 14:53 Sosial"Qardaş Türkiyə Cümhuriyyətinin müxtəlif bölgələrində güclü meşə yanğınlarının baş verməsi dərin kədər hissi yaradır. Təəssüflər olsun ki, meşə yanğınları ciddi fəsadlara səbəb olub. Lakin inanırıq ki, güclü-qüdrətli Türkiyə dövlətinin gördüyü məqsədyönlü tədbirlər sayəsində bu fəlakətin qarşısı tam alınacaq və faciənin nəticələri aradan qaldırılacaq". "Olaylar" xəbər veruir ki, bunu deyən millət vəkili Siyavuş Novruzovun sözlərinə görə, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan hökuməti və xalqı hər zaman olduğu kimi bu gün də qardaş Türkiyə xalqı ilə həmrəydir və onun yanındadır: "Dövlətimizin başçısının müvafiq göstərişlərinə və tapşırıqlarına uyğun olaraq qardaş Türkiyəyə Azərbaycandan yardım dəstələri göndəriləcək. Bu, Azərbaycan-Türkiyə qardaşlığının daha bir bariz nümunəsidir və ölkələrimizin hər zaman bir-birinin yanında olduğunu göstərir. Faciə nəticəsində dünyanı dəyişənlərə Allahdan rəhmət, yaralılara şəfa, bütün zərərçəkmişlərə isə səbr diləyirəm!"