Cəzaçəkmə müəssisələrinə 233 dəfə başçəkmə həyata keçirilib

Məhkumların islah prosesində iştirak etmək, habelə müstəqil monitorinqlər aparmaq məqsədilə beynəlxalq, yerli qeyri-hökumət, o cümlədən, hüquq-müdafiə təşkilatlarının nümayəndələrinə penitensiar müəssisələrə baş çəkmək üçün müvafiq şərait yaradılmışdır. Olaylar"ın məlumatına görə,  Penitensiar xidmətin rəis müavini, ədliyyə general-mayoru Oqtay Məmmədov bildirib ki, ötən dövrdə penitensiar müəssisələrə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Milli Preventiv Qrupunun əməkdaşları, İctimai Komitənin, Beynəlxalq Qırmızı Xaç Komitəsinin, Birləşmiş Millətlər Təşkilatının, Avropa Şurası və Avropa İttifaqının və qeyri-hökumət təşkilatlarınınnümayəndələri tərəfindən ümumilikdə 233 dəfə başçəkmələr həyata keçirilmiş, başçəkmələrin yekunları üzrə daxil olmuş hesabatlarda göstərilən tövsiyələrlə bağlı zəruri tədbirlər həyata keçirilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31