900-ə yaxın məhkumun müraciəti təmin edilib
30 İyul 2021 13:04 SosialAzərbaycan Respublikası Prezidentinin humanist siyasətinin davamı olan 18 mart 2021-ci il tarixli, 625 məhkuma şamil olunan Əfv Sərəncamı Ombudsmanın, Millət vəkillərinin, İctimai Komitənin üzvlərinin və media nümayəndələrinin iştirakı ilə yüksək səviyyədə icra edilib. "Olaylar" xəbər verir ki, bunu Penitensiar xidmətin rəis müavini, ədliyyə general-mayoru Oqtay Məmmədov Xidmətin 2021-ci ilin birinci yarımili ərzindəki fəaliyyətinin yekunlarına dair hesabat məruzəsində deyib. Rəis müavini əlavə edib ki, ölkə başçısının 10 fevral 2017-ci il tarixli "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" Sərəncamın icrası davam etdirilmiş, penitensiar müəssisələrin fəaliyyətinin müasirləşdirilməsi, infrastrukturun yenilənməsi istiqamətində müvafiq işlər görülmüşdür. Sərəncamın tələblərindən irəli gələn vəzifələrin icrası üzrə həyata keçirilən tədbirlər nəticəsində bütün penitensiar müəssisələrdə təmir-abadlıq işləri davam etdirilmiş, enerji təchizatı və yanğın təhlükəsizliyi sahəsində işlər görülmüşdür. Cəzadan şərti olaraq vaxtından əvvəl azad olunma, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi üzrə tədğbirlər davam etdirilmiş, virtual qaydada keçirilən iclaslarda Xüsusi Komissiya tərəfindən məhkəməyə göndərilməsi tövsiyə edilmiş 900-ə yaxın müraciət təmin edilmişdir.