Məhbuslar arasında 561 yoluxma halı qeydə alınıb
Cari ildə Penitensiar xidmət tərəfindən ölkə başçısının müvafiq fərman və sərəncamları, nazirliyin kollegiya qərarları və cənab Nazirin əmr və göstərişləri rəhbər tutularaq fəaliyyət istiqamətləri üzrə penitensiar sistemin inkişafına, kadr potensialının gücləndirilməsinə, həbs edilmiş şəxslərin, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılmasına, onların hüquqlarının etibarlı qorunmasına yönəlmiş ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilib
30 İyul 2021 12:59 SosialCari ildə Penitensiar xidmət tərəfindən ölkə başçısının müvafiq fərman və sərəncamları, nazirliyin kollegiya qərarları və cənab Nazirin əmr və göstərişləri rəhbər tutularaq fəaliyyət istiqamətləri üzrə penitensiar sistemin inkişafına, kadr potensialının gücləndirilməsinə, həbs edilmiş şəxslərin, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılmasına, onların hüquqlarının etibarlı qorunmasına yönəlmiş ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilib. "Olaylar" xəbər verir ki, bunu Penitensiar xidmətin rəis müavini, ədliyyə general-mayoru Oqtay Məmmədov Xidmətin 2021-ci ilin birinci yarımili ərzindəki fəaliyyətinin yekunlarına dair hesabat məruzəsində deyib. Bildirib ki, koronavirus infeksiyasının pandemiyası ilə əlaqədar ölkədə tətbiq olunmuş xüsusi karantin rejiminin tələbləri rəhbər tutulmaqla penitensiar müəssisələr gücləndirilmiş iş rejimində fəaliyyət göstərmiş, bütün qurumlarda davamlı profilaktik tədbirlər həyata keçirilmişdir. Görülmüş tədbirlər nəticəsində pandemiya dövründə məhbuslar arasında cəmi 561 yoluxma halı qeydə alınıb ki, bu da həmin dövrdə müəssisələrdə saxlanılan şəxslərin sayına nisbətdə 1,4% təşkil edib. Bu sahədə Penitensiapr xidmətin təcrübəsi ölkəmizdə səfərdə olmuş İşgəncələrə qarşı Avropa Komitəsinin nümayəndələri, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı ofisinin əməkdaşları, habelə digər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib.