Daha üç nəfərdə  "patı" aşkarlanıb

Naftalan sakinlərindən “patı” götürülüb. Bu barədə “Olaylar”a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Naftalan sakinlərindən "patı" götürülüb. Bu barədə "Olaylar"a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib. Bildirilib ki, Naftalan Şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilən şəhər sakinləri, Azər Həsənov, əvvəllər məhkum olunmuş Müşfiq Əsgərov və Ramin Zeynalov şəhər ərazisində saxlanılaraq, ŞPŞ-yə gətirilib. Onların üzərində şəxsi axtarış keçirilərkən narkotik vasitə olan metamfetamin aşkar edilərək götürülüb. Faktla bağlı araşdırmalar davam etdilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31