Füzuli aeroportu sərnişinləri bu tarixdən qəbul edə biləcək
30 İyul 2021 11:21 Sosial"Füzuli aeroportu beynəlxalq hava limanı olacaq və çəkisi 400 tona qədər olan təyyarələri qəbul edə biləcək.
Olaylar.az xəbər verir ki, bunu Füzulidə jurnalistlərə açıqlamasında "Azərbaycan Hava Yolları" QSC-nin nümayəndəsi Valeh Əmiraslanov deyib.
"Hava limanı payızda istifadəyə veriləcək. İlk sınaq uçuşu sentyabrın 5-nə planlaşdırılır. Lakin labaratoriya yoxlanışı sınaq uçuşundan əvvəl - avqustun 25-də həyata keçiriləcək. Aeroport sərnişinləri bu ilin payızından sonra qəbul edə biləcək. Çünki terminal ərazisində işlər tamamlanmalıdır. Lakin uçuş-enmə zolaqları yaxın zamanlarda tam hazır olacaq və sınaq uçuşları yerinə yetiriləcək", - deyə o, qeyd edib. // "Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31