Vaksinasiyanın əhəmiyyəti və Azərbaycanın vaksinasiya strategiyası

"Vaksinlər xəstəliyə yoluxma zamanı ağırlaşma və ölüm hallarının qarşısını alan təhlükəsiz vasitədir. İmum sistemi vaksini antigen kimi qəbul edir və ona qarşı anticisimlər yaradır.Orqanizm peyvənd vasitəsilə virusla tanış olduğu üçün artıq xəstəliklə qarşılaşanda hazırlıqlı olur və ağırlaşmanın qarşısı alınır". Bunu "Olaylar"a deyən Yardımlı rayon Dəlləkli kənd ümumi orta məktəbin müəllimi Aişən Vəliyevanın sözlərinə görə, vaksin öldürülmüş və ya zəiflədilmiş mikroplar və onların ifraz etdiyi bəzi antigen xassəli maddələr olduğu üçün xəstəliyə yoluxma zamanı qarşıya çıxan canlı virusla müqayisədə heç bir təhlükəsi yoxdur: "Azərbaycanda COVID-19 pandemiyasına qarşı mübarizə planlı şəkildə aparılır.Azərbaycan dövləti əhalinin sağlamlığının qorunmasını özünün əsas vəzifəsi hesab edir. Pandemiya təhlükəsi başlayanda dövlət vacib addımlar atdı.Prezident İlham Əliyevin göstərişi əsasında Nazirlər Kabinetinin Sərəncamı ilə 2020-ci il 30 yanvar tarixində "Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı" təsdiq edildi.Həmçinin Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı.Qabaqlayıcı tədbirlər çərçivəsində öllədə xüsusi labaratoriyalar yaradılır.Hazırda laboratoriyaların sayı 20-dən çoxdur. Ölkəmizin yüksək səviyyədə təchiz edilmiş xəstəxanaları koronavirus xəstələrini müalicə etmək üçün ayrılıb. Bu xəstəxanaların sayı 20-dən çoxdur. Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan xəstələrin mütləq əksəriyyəti tibbi müəssisələrdə müalicə alır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31