Lənkəranda taksi sürücüsü itkin düşüb
30 İyul 2021 10:47 SosialLənkəran sakini, 1963-cü il təvəllüdlü İlham Cavadov itkin düşüb.
Bu barədə onun yaxınları məlumat veriblər.
Onların sözlərinə görə, Lənkəranda taksi fəaliyyəti ilə məşğul olan İ.Cavadov iyulun 25-də idarə etdiyi ağ rəngli "VAZ-2115" markalı, 90-EX-067 dövlət seriya nişanlı avtomobillə evdən gedib və bu günə kimi geri qayıtmayıb.
İ.Cavadovun yaxınları həmin gündən onunla telefon vasitəsilə əlaqə saxlaya bilmirlər. Onlar hadisə ilə bağlı polisə müraciət ediblər. // "Report"


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31