TƏBİB sədri Ramin Bayramlı təftişdən sonra HƏBS EDİLİR? – SİRLİ YENİ KLİNİKA İŞİ

Yayılan məlumatlara görə, Hesablama Palatası TƏBİB-də yoxlamalara başlayıb.Yoxlamalar TƏBİB-in fəaliyyəti dövrünü əhatə edir. Palata bu dövr ərzində qurumun fəaliyyətini təftiş edəcək.Qeyd edək ki, Hesablama Palatası ilk dəfədir TƏBİB-də yoxlamalar həyata keçirir.Bununla bağlı DİA.az-a maraqlı informasiya daxil olub.

Xəbəri verən qaynaq iddia edir ki, TƏBİB-dəki TƏFTİŞ təsadüfi deyil.

Mənbə bildirir:

"Dünən "Yeni Klinika"nın 3 əməkdaşı məhkəmədə həbs olundu. Görünəni odur ki, "yuxarılar" hətta "gözünün ağı-qarası olana" da haramı keçmək niyyətində deyil. Ramil Bayramlının adı isə qaranlıq işlərdə yetərincə hallanmaqdadır. Elə "Yeni Klinika" işində də..."

İddia olunanlarla bağlı KAİM.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31