“Tərtər İstirahət Mərkəzi”nin sahibinə cinayət işi açıldı
29 İyul 2021 13:48 SosialTərtər Rayon Polis Şöbəsi və aidiyyəti qurumların əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində yerləşən istirahət mərkəzində pandemiya tələblərinin pozulduğu müəyyən edilib. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Olaylar"a verilən məlumata görə, yoxlamalar zamanı rayon ərazisində yerləşən "Tərtər İstirahət Mərkəzi"ndə təşkil edilən toy mərasiminin "icazə.e-gov.az" portalında qeydiyyatdan keçmədiyi və qonaqların sayı normadan artıq olduğu aşkarlanıb. Obyektin inzibatçısı olan Ceyhun Əliyev bir neçə dəfə bu cür qayda pozuntusuna yol verdiyindən onun barəsində Tərtər RPŞ-də cinayət işi başlanılaraq araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31