5-11 yaş arası uşaqlar peyvənd olunacaq
28 İyul 2021 23:17 Sosialİsraildə 5-11 yaş arası risk qrupuna daxil olan uşaqların peyvəndlənməsinə icazə verildi.
"Delta" ştammının qarşısını almaq üçün "Pfizer" peyvəndinə başlanılacaq.
İsrail rəsmiləri piylənmədən, xaroniki ağciyər, ürək xəstəliyindən əziyyət çəkən uşaqların həyatı təhlükəsinin qarşısını almaq üçün onların peyvəndlənməsi qərarını verib. Risk qrupuna daxil olan uşaqalar 30 mikroqram əvəzinə 10 mikroqram doza peyvənd olunacaq.
Qeyd edək ki, İsrail Çindən sonra 12 yaşdan kiçik uşaqların peyvəndlənməsinə icazə verən ikinci ölkədir. //Lent.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31