Toya gələn qadın öldü
28 İyul 2021 23:12 SosialQusar rayonundan Xaçmaz rayonuna toya gələn qadın naməlum səbəbdən vəfat edib.
Bədbəxt hadisə şəhər ərazisində qeydə alınıb.
Qusar rayonunun Suvacal kənd sakini, Səmayə Xudbəddin qızı Xanbabayeva toya gəldiyi "Şahzadə" şadlıq sarayının qarşısında qəflətən halı pisləşib.
Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da onun artıq vəfat etdiyi məlum olub.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31