Koronavirusa yoluxanların sayı 700-ü keçdi
28 İyul 2021 18:48 SosialAzərbaycanda bu gün koronavirus infeksiyasına 750 yeni yoluxma faktı qeydə alınıb, 134 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada 3 nəfər COVID-19-dan dünyasını dəyişib.
Bu gün Azərbaycanda koronavirus əleyhinə 81 690 vaksin vurulub.
Birinci mərhələdə peyvənd olunanların sayı 44 622, ikinci mərhələ üzrə 37 068 nəfərdir.
Ölkədə vurulan peyvəndlərin ümumi sayı 4 714 039, birinci mərhələ üzrə vaksin olunanların sayı 2 731 114, ikinci mərhələ üzrə isə 1 982 925 nəfər təşkil edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31