Hepatit B virusuna məruz qalma ehtimalı varsa nə etməli?
Əgər siz Hepatit B-yə məruz qalmısınızsa, mümkün qədər tez, ən səmərəlisi 24 saat içində HBİG və Hepatit B peyvəndi olunmalısınız
28 İyul 2021 12:36 Sosial"Əgər siz Hepatit B-yə məruz qalmısınızsa, mümkün qədər tez, ən səmərəlisi 24 saat içində HBİG və Hepatit B peyvəndi olunmalısınız. Bu -məruz qalmadan sonra yoluxmanın qarşısını almaq üçün ən səmərəli yoldur". "OLAYLAR" xəbər verir ki, bu fikirləri doktor Aysel Əskərova 28 iyul -Beynəlxalq Hepatitlə Mübarizə Günü ilə bağlı etdiyi paylaşımda qeyd edib. Aysel Əskərova bildirib ki, Hepatit B-yə iynə batması, gözünüzə qan və başqa infeksion maye sıçraması, hepatitli biri ilə cinsi əlaqədə olma, stomatoloji, kosmetik, cərrahi bir prosedur zamanı yoluxmaq olur.
Bəs görəsən, peyvənd sənədləşməsi mövcud deyilsə, Hepatit A və ya Hepatit B peyvəndinin əlavə dozunu etmək və ya bütün peyvənd cədvəlini təkrarən tətbiq etmək zərərlidirmı?
Aysel Əskərova hesab edir ki, zərərli deyil: "Zərurət olduqda, Hepatit A və ya Hepatit B peyvəndini əlavə dozda tətbiq etmək zərərli deyil"